ABŞ-nin Texas ştatının Neş şəhərində yaşayış evində açılan atəş nəticəsində 4 nəfər həlak olub.
AzVision.az xəbər verir ki, bu barədə “Fox News” telekanalının yerli şöbəsi məlumat yayıb. Bildirilib ki, şübhəli şəxs evdən çıxarkən saxlanılıb. Ölənlərin kimliyi və cinayətin niyyətləri bəlli deyil.