Masallıda zəlzələ olub

   Masallıda zəlzələ olub
  25 May 2023    Oxunub:1969
Masallı rayonunda zəlzələ olub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 05:36-da Lənkəran stansiyasından 26 km şimal-qərbdə, Masallı rayonunda 3.1 maqnitudada qeydə alınıb.

Zəlzələ ocağı 8 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar hiss olunmayıb. Qeyd edək ki, mayın 19-da Goranboyda 3,1 maqnitudalı zəlzələ olub.

AzVision.az


Teqlər:





Xəbər lenti