Britaniya Rusiya nefti daşıyan Hindistan tankerlərini sığortalamayacaq

   Britaniya Rusiya nefti daşıyan Hindistan tankerlərini sığortalamayacaq
  26 May 2023    Oxunub:1382
Böyük Britaniyanın “Lloyd's of London” sığorta şirkəti Rusiyadan ən böyük neft daşıyan Hindistanın “Gatik Ship management” şirkətinin tankerlərini iyunun 3-dən sonra sığortalamayacaq.
Bu barədə “Reuters” sığorta bazarının bəyanatına istinadən xəbər verib. Qeyd olunub ki, “Lloyd's” reyestri Rusiya neftinin ticarəti ilə bağlı sanksiya qaydalarına riayət etməyə çalışır: “Biz sanksiyaları pozan hər hansı gəmilərə xidmət göstərməkdən imtina edirik”.

Nəşr qeyd edib ki, sığortadan imtina Hindistan şirkətinin 36 tankerindən 21-nə təsir edə bilər. Eyni zamanda, hələ aprel ayında “Gatik American Club” da tankerləri sığortalamaqdan imtina edib.

AzVision.az


Teqlər:





Xəbər lenti