Monte-Karloda təşkil olunan yarışda “Red Bull Racing” komandasının niderlandlı pilotu Maks Ferstappen bütün rəqiblərini qabaqlayaraq birinci olub. “Aston Martin”in ispan sürücüsü Fernando Alosno yarışı ikinci, “Alpine”nin fransalı pilotu Esteban Okon isə üçüncü pillədə başa vurublar. Maks Ferstappen cari mövsüm dördüncü, Monte-Karlo trasında ikinci, karyerasında isə 39-cu qələbəsini qazanıb.
Konstruktorlar kubokunda isə “Reb Bull Racing” komandası birincidir. Avstriya təmsilçisinin hesabında 249 xal var. İlk üçlüyü “Aston Martin” (120 xal) və “Mercedes” (119 xal) komandaları tamamlayırlar. Növbəti yarış iyunun 2-4-də İspaniyada təşkil olunacaq.
AzVision.az