Bakıda 15, Gəncədə 16 yaşlı qız itkin düşüb

Bakıda 15, Gəncədə 16 yaşlı qız itkin düşüb
  30 May 2023    Oxunub:764
Bakıda 15 yaşlı qız itkin düşüb.
Hadisə mayın 27-də paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsində qeydə alınıb. Belə ki, 2008-ci il təvəllüdlü Abbaslı Aişən Zaur qızı evdən naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində 43-cü Polis Bölməsində araşdırma aparılır.

Gəncədə isə 16 yaşlı qız itkin düşüb. Belə ki, şəhər sakini, 2007-ci il təvəllüdlü Orucova Aytən Mustafa qızı yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti