İranda sosial şəbəkələrin filtrasiyası siyasəti iflasa uğrayıb
“Xalq etirazlarının pik həddə çatdığı ildə hökumətin filtrasiya mübarizəsinə baxmayaraq, on milyonlarla iranlı hələ də bu platformalardan istifadə edir və həmin platformalarda fəaldırlar. Ötən il iranlıların 54%-i sosial şəbəkələrə üzv olub. 58-61 milyon iranlı Telegram istifadəçisi, 42-46 milyon iranlı Instagram-da, 4 milyona yaxın iranlı isə Twitter-də aktiv olub” - hesabatda deyilir.
Məhsa Əmininin ölümündən sonra başlayan etiraz aksiyalarının görüntü və videolarının xarici aləmə sızmasının qarşısını almaq üçün dövlət qurumlarının sosial şəbəkələrin filtrasiyası üzrə tədbirləri gücləndirilib. “Qadın, Həyat, Azadlıq” hərəkatı zamanı İran hökuməti ölkədə ən populyar sosial şəbəkəsi olan İnstaqramı bloklayıb.
Lakin “Dattak” qrupunun araşdırmasına görə, etirazlar başlayandan sonra “Instagram”da kontentin dərci həcmi 3 ay ərzində azalsa da, sonradan bu, nəinki dayanmayıb, hətta zaman keçdikcə artıb. Bu hesabat keçən il iranlı istifadəçilərin Instagram paylaşımlarına saniyədə 25 min dəfədən çox baxdığı, saniyədə 233 tvit dərc olunduğu və ən çox Telegram-dan istifadə etdikləri göstərilir.
AzVision.az