Pekin Vaşinqtona etirazını bildirib

   Pekin Vaşinqtona etirazını bildirib
  21 Dekabr 2024    Oxunub:359
Çinin Müdafiə nazirliyi Pentaqonun Çin Xalq Respublikasının hərbi inkişafı barədə hesabatına etiraz edib.
AzVision.az xəbər verir ki, Çinin Müdafiə nazirliyinin rəsmi nümyəndəsi Çjan Syaoqan belə bəyanatla çıxış edib.

“Faktlar göstərir ki, ABŞ-nin hərbi strategiyası getdikcə qarşıdurma, hücum və avantürist xarakter alır. Birləşmiş Ştatlar beynəlxalq nizamın ən böyük məhvedicisinə və qlobal təhlükəsizliyə ən böyük təhdidə çevrilib”, - Syaoqan vurğulayıb.

Qeyd edək ki, dekabrın 19-da ABŞ-nin Müdafiə nazirliyi açıqladığı illik hesabatda Çinin 2024-cü ilin ortalarına qədər 600-dən çox nüvə başlığına malik olduğu, 2030-cu ilə qədər isə onların sayının mini keçəcəyi bildirilir. Pentaqonun fikrincə, Pekin Vaşinqtonla strateji rəqabətin artması fonunda nüvə qüvvələrini artırır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Çin   ABŞ   etiraz  





Xəbər lenti