Ərdoğanın adına Fond yaradıldı

   Ərdoğanın adına Fond yaradıldı
  31 May 2023    Oxunub:773
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın adına Fond yaradılıb. Fond Ərdoğanın adına muzey və kitabxana açmağı hədəfləyir.
“Rəcəb Tayyib Ərdoğan Fondu"nun qurucuları arasında övladları Bilal Ərdoğan, Esra Albayrak, Sümeyye Erdoğan Bayraktar ilə Vedat Dəmiröz, Tevfik Göksu, Hüseyn Aydın, Ahmet Özel və Nuri Aksu da var.

Fondun məqsədləri arasında prezident Ərdoğanın şəxsi əşyalarının və səlahiyyət müddəti ərzində ona hədiyyə edilən əşyaların sərgilənəcəyi “Rəcəb Tayyib Ərdoğan Muzeyi”nin, cəmiyyətin təhsil və mədəni səviyyəsini yüksəltmək üçün “Rəcəb Tayyib Ərdoğan Kitabxanası”nın yaradılması da var.

Bildirilib ki, fond elmi, mədəni və bədii proqramlar da təşkil edəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti