Kanadada meşə yanğınları 200-ə yaxın evi məhv edib

Kanadada meşə yanğınları 200-ə yaxın evi məhv edib
  31 May 2023    Oxunub:865
Kanadanın Yeni Şotlandiya əyalətində dördüncü gündür davam edən meşə yanğınları 200-ə yaxın evi məhv edib.
Bu barədə “CBC News” məlumat yayıb. Yanğın əyalətin paytaxtı Halifax yaxınlığında başlayıb və hələ ki, qarşısı alınmayıb.

Alovun söndürülməsi işlərinə onlarla xüsusi texnika və təyyarə cəlb edilib. Zərərçəkənlər barədə məlumat daxil olmayıb. Yanğının səbəbi hələlik məlum deyil.

AzVision.az


Teqlər:





Xəbər lenti