“Qarabağ” Şeydayev və Ozobiçlə yollarını ayırıb

“Qarabağ” Şeydayev və Ozobiçlə yollarını ayırıb
  31 May 2023    Oxunub:851
Ağdamın “Qarabağ” klubu futbolçular Ramil Şeydayev və Filip Ozobiçlə yollarını ayırıb.
AzVision.az Ağdam təmsilçisinə istinadla xəbər verir ki, klub oyunçularının müqavilələrinin başa çatdığını xatırladıb. Ölkə çempionu onlara xidmətlərinə görə təşəkkür edib və gələcək karyeralarında uğurlar arzulayıb.

Qeyd edək ki, Filip Ozobiç 2018-ci ildən "Qarabağ"ın formasını geyinib. Ramil Şeydayev isə 2017-2018-ci il mövsümündə və 2021-ci ildən komandanın uğurları üçün çalışıb.

AzVision.az



Teqlər:





Xəbər lenti