Neymar 400 milyon avrodan imtina etdi

   Neymar 400 milyon avrodan imtina etdi
  31 May 2023    Oxunub:1529
PSJ-nin hücumçusu Neymar Səudiyyə Ərəbistanı futbol klubunun təklifini rədd edib. Bu barədə Foot Mercato məlumat yayıb.
Nəşrin məlumatına görə, 31 yaşlı braziliyalı illik maaşı 400 milyon avro olacaq müqavilədən imtina edib. Neymarın Avropada çıxışını davam etdirməyi planlaşdırdığı üçün belə bir qərarın verildiyi qeyd edilir.
“Qarabağ” Şeydayev və Ozobiçlə yollarını ayırıb


Ən çox ehtimal olunan transfer variantının “Mançester Yunayted” olduğu da deyilir.

Mayın 4-də Neymarın PSJ-dən getməyə hazır olduğu bildirilirdi. Daha əvvəl məlum olmuşdu ki, Paris komandası hücumçu ilə 2023-cü ilin yayında ayrılmaq istəyir. O, zədə səbəbindən fevral ayından meydanda deyildi.

Neymar 2017-ci ilin yayından PSJ-də çıxış edir. Futbolçunun dəyəri 70 milyon avro qiymətləndirilir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:   Neymar  





Xəbər lenti