FHN əməkdaşları Qubadlıda köməksiz vəziyyətdə qalanları xilas edib

FHN əməkdaşları Qubadlıda köməksiz vəziyyətdə qalanları xilas edib
  03 İyun 2023    Oxunub:1400
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qubadlı rayonunun Məlikməmmədli kəndi ərazisində vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə AzVision.az -a qurumdan məlumat verilib.

Hadisə yerinə dərhal FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Hyundai" markalı minik avtomobili torpaq yolda hərəkətdə olarkən batıb və iki nəfər köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə olunmaqla avtomobil çıxarılaraq vətəndaşlara müvafiq köməklik göstərilib.

AzVision.az



Teqlər: Qubadlı   FHN  





Xəbər lenti