Argentina çempionatında faciə

Argentina çempionatında faciə
  05 İyun 2023    Oxunub:1197
Argentina Premyer Liqasında ötən gecə keçirilən "River Pleyt" - "Defensa Xustisiya" matçında faciə yaşanıb.
AzVision.az xəbər verir ki, matçın 14-cü dəqiqəsində azarkeşlərdən biri tribunadan yıxılıb. 15 metr yüksəklikdən yerə düşən fanat hadisə yerində həyatını itirib.

Görüşün baş hakimi matçın 25-ci dəqiqəsində, hesab 0:0 olarkən matçı yarımçıq saxlayıb.

Polisin araşdırmaya başladığı və görüşün keçirildiyi "Monumental" stadionunun 24 saatlıq bağlandığı bildirilib.

AzVision.az


Teqlər: Argentina  





Xəbər lenti