Yevlaxda təmizlik aksiyası keçirilib - FOTOLAR

Yevlaxda təmizlik aksiyası keçirilib -    FOTOLAR
  05 İyun 2023    Oxunub:1313
Yevlaxda 5 iyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş təmizlik aksiyası keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Yevlax Şəhər İcra Hakimiyyəti ilə birgə təşəbbüsü olaraq baş tutan təmizlik aksiyası mövsüm ərzində sakinlərin ən çox ziyarət etdiyi ünvanlardan olan Kür çayının Yevlax şəhərindən keçən hissəsində gerçəkləşdirilib.

8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşkilatçılığı həyata keçirilən təmizlik aksiyasında həmçinin Yevlax Suvarma Sistemləri İdaəsinin əməkdaşları və Qida Təhlükəsizliyi Agentliyinim yerli nümayəndəliyinin fəalları da iştirak edib.


Öncə pərakəndə şəkildə vətəndaşlar tərəfindən müxtəlif tullantılarla çirkləndirilmiş əraziyə ümumi baxış keçirilib, dsha sonra isə tullantıların toplanaraq Kür çayı sahili boyu ərazinin təmizlənməsinə start verilib.Tullantılar xüsusi torbalara yığılaraq məişət tullantıları poliqonuna daşınıb.


Təmizlik aksiyasının məram və məqsədləri barədə danışan Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Tofiq Əsgərov aksiya üçün Ümumdünya Ətraf Mühitin Təmizliyi Günü kimi önəmli bir tarixin seçilməsi təsadüfi hadisə deyil.O qeyd edib ki, bu tədbir təbii sərvətlərimizin, təbiətimizin və ümumən bizləri əhatə edən sağlam ekoloji mühitin qorunması naminə vətəndaş məsuliyyətinin gücləndirilməsi üçün hər kəsə bir ismarıc, bir ciddi çağırışdır.


Tofiq Əsgərov gözəlliklər içində sağlam həyat tərzi sürməyin əsas yolunun yaşadığımız mühitin qorunmasından və ekoloji cəhətdən təmiz saxlanılmasından keçdiyini vurğulayıb.



Teqlər: Ekologiya  





Xəbər lenti