Benzema yeni klubu ilə müqavilə imzaladı

Benzema yeni klubu ilə müqavilə imzaladı
  05 İyun 2023    Oxunub:1051
"Real"dan ayrılan Kərim Benzema "Əl-İttihad"a keçib.
AzVision.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano öz Tvitter hesabında paylaşım edib. 35 yaşlı hücumçu Səudiyyə Ərəbistanı təmsilçisinə transfer üçün lazım olan sənədlərin böyük hissəsini imzalayıb.

Fransalı forvard ilə müqavilə 2+1 illikdir. Benzema Madrid klubunun azarkeşləri ilə vidalaşdıqdan sonra Səudiyyə Ərəbistanına gedəcək.

Daha əvvəl Kərimin yeni klubunda 2 il ərzində 200 milyon avro qazanacağı haqda xəbərlər yayılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti