Mövsümün sonuncu cəzaları

   Mövsümün sonuncu cəzaları
  06 İyun 2023    Oxunub:807
AFFA İntizam Komitəsi növbəti iclasını keçirib.
AzVision.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının sonuncu turunda, Azərbaycan kubokunun finalındakı matçlarda edilən qayda pozuntuları barədə qərarlar qəbul olunub.

Misli Premyer Liqasının 36-cı turunun “Səbail” – “Şamaxı” oyununda meydan sahiblərinin futbolçusu Elmir Tağıyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, klub 3200 manat cərimə edilib.

“Səbail” – “Şamaxı” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilib.

“Səbail” – “Şamaxı” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilib.

“Səbail” – “Şamaxı” oyunu bitdikdən sonra “A buraxılışı” vəsiqəsi olmayan şəxslər dəhlizə daxil olduğuna görə meydan sahibləri 800 manat cərimə edilib.

Azərbaycan Kubokunun finalı “Neftçi” – “Qəbələ” oyunu bitdikdən sonra “Neftçi” azarkeşləri tərəfindən meydançaya kənar əşyanın atılmasına görə klub 1600 manat cərimə edilib.

Azərbaycan Kubokunun finalı “Neftçi” – “Qəbələ” oyununun əlavə vaxtında “Neftçi” azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin işlədilməsinə görə klub 4000 manat cərimə edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti