Paytaxtın bəzi ərazilərində su kəsiləcək

Paytaxtın bəzi ərazilərində su kəsiləcək
  06 İyun 2023    Oxunub:858
Bu gün Bakının Bibiheybət, Şıx qəsəbələri, Salyan yolu ərazisi və 20-ci sahə yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə AzVision.az -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.

Məlumata görə, buna səbəb magistral su kəmərində yenidənqurma işlərinin aparılmasıdır.

Agentlik yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.

AzVision.az



Teqlər: Su  





Xəbər lenti