Nəqliyyat vasitələrinin gömrük bəyannamələri üzrə elektron xidmətə görə yığım ləğv edilib

Nəqliyyat vasitələrinin gömrük bəyannamələri üzrə elektron xidmətə görə yığım ləğv edilib
  06 İyun 2023    Oxunub:894
Azərbaycanda “Gömrük yığımlarının məbləğləri”ndə dəyişiklik edilib.
AzVision.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında tam yerləşdirilməsini nəzərdə tutan bütün növ gömrük bəyannamələrinin hər vərəqi üçün elektron gömrük xidmətinin göstərilməsinə görə 30 manat məbləğində gömrük yığımının alınması ləğv edilib.

AzVision.az



Teqlər: Gömrük  





Xəbər lenti