Tuayev vəzifəsindən azad olunmasından narazıdır

Tuayev vəzifəsindən azad olunmasından narazıdır
  06 İyun 2023    Oxunub:1181
Futbol veteranı Kazbek Tuayev vəzifəsindən azad olunub.
Bu haqda o, Qol.az saytına ünvanladığı müraciətində bildirib. O, gənclər və idman naziri Fərid Qayıbovun əmri ilə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatlari Uşaq Gənclər Futbol Məktəbinin direktoru vəzifəsindən azad olunduğunu bildirib.

K.Tuayev bununla əlaqədar ölkə başçısı İlham Əliyevə müraciət ünvanlayıb. O, iddia edib ki, may ayında Gənclər və İdman Nazirliyi tərəfindən vəzifəsindən getməklə bağlı ərizə yazmağa məcbur edilib.

Bu tələbi yerinə yetirməkdən imtina etdiyini deyən 82 yaşlı futbol veteranı iyunun 5-də gənclər və idman naziri Fərid Qayıbovun əmri ilə vəzifəsindən azad olunduğunu bildirib. O, yaşının çoxluğu ilə əlaqədar verilən bu qərarı qanunsuz adlandırıb və buna hüquqi qiymət verilməsini xahiş edib.

K.Tuayev bildirib ki, Gənclər və İdman Nazirliyinin əməkdaşları tərəfindən ona prokurorluq tərəfindən xəyali yoxlama hədələri gəlib: “Məktəbin bütün məşqçi-müəllimlərinə maaşların verilməsi gecikdirilib ki, bu da özlüyündə artıq kobud qanun pozuntusudur. Bütün bunlar nizam-intizamın həmişə hökm sürdüyü kollektivdə sosial gərginliyə səbəb olur.

Bu il iyunun 5-də nazir F.Qayıbovun vəzifədən azad edilməmlə bağlı əmri mənə bildirildi. Yaşıma görə əsaslandırılmış bu qanunsuz qərara hüquqi qiymət verməyinizi, şərəf və ləyaqətimi qorumağınızı, nəinki məktəbin direktoru vəzifəsinə bərpa olunmağımı, həm də F.Qayıbovun davam edən kadr siyasətinə ciddi diqqət yetirməyinizi xahiş edirəm” - deyə müraciətdə qeyd olunub.

Məsələ ilə əlaqədar Gənclər və İdman Nazirliyindən açıqlama veriləcəyi bildirilib.
AzVision.az



Teqlər:





Xəbər lenti