Qadın atraksiondan yıxılıb öldü
Belə ki, 36 yaşlı qadın dairəvi hərəkət edən 5 qoşqudan ibarət, delfin şəkilli karuselin 2-ci qoşqusundan yıxılıb. O, qarının küt travması, daxili qanaxma, qapalı kəllə-beyin travması, alt çənə sınığı, sağ bazunun açıq sınığı, II və III dərəcəli travmatik şok diaqnozu ilə Respublika Klinik Xəstəxanasına daxil olub.
M.Nuriyeva dünən saat 07:40-da xəstəxanada vəfat edib.(Qafqazinfo)
AzVision.az
Teqlər: