Axtarışda olan 4 nəfər saxlanılınıb
Həmin şəxslərdən biri - rayon sakini Sadiq Süleymanov dələduzluq əməlində şübhəli bilindiyinə görə barəsində cinayət işi başlanılıb. Araşdırmalarla onun müxtəlif vədlər verərək vətəndaşların 40 min manat məbləğində pulunu mənimsədiyi istintaqa məlum olub.
Bundan əlavə keçirilən digər bir tədbirlə rayon ərazisindəki şəxsi təsərrüfatdan xırdabuynuzlu heyvanlar oğurlayan Lənkəran rayon sakini Amin Əhmədov da saxlanılıb. O, oğurluğu qazanc əldə etmək məqsədi ilə törətdiyini etiraf edib.
Faktlarla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.
AzVision.az
Teqlər: Ağcabədi