Piyadalara yol verməyən sürücülər cərimələnib
Bildirilib ki, piyada keçidlərində piyadalara yol verilməsi, baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması və qəzaların sayının azalmasına təsir göstərir:
“Bəzən piyadalar keçidlərdə dəqiqələrlə gözləmək məcburiyyətində qalırlar və yaxud da bir sıra sürücülər müşahidə kameralarının olduğu piyada keçidlərində piyadalara yol verirlər, lakin kameraların olmadığı keçidlərdə bu qaydaya əməl etmirlər. Nizamlanmayan piyada keçidlərində piyadalara tək minik avtomobillərinin sürücüləri deyil, həmçinin bəzi moped və motosiklet sürücüləri də yol vermir. Bu baxımdan, hər biri sürücünü yol hərəkəti qaydalarına əməl etməyə çağırırıq”.
AzVision.az
Teqlər: