“Qarabağ”a haqsızlıq edən hakim millimizin oyunu üçün Bakıya gəlib

 “Qarabağ”a haqsızlıq edən hakim    millimizin oyunu üçün Bakıya gəlib
  17 İyun 2023    Oxunub:1162
2014-cü ildə Avropa Liqasının qrup mərhələsində Bakıda keçirilən “Qarabağ” - “İnter” (İtaliya) matçının baş hakimi Miroslav Zelinka yenidən Azərbaycan paytaxtına gəlib.
AzVision.az xəbər verir ki, çexiyalı referi bu gün AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan - Estoniya matçının VAR hakimi olacaq.

Xatırladaq ki, Miroslav Zelinka azərbaycanlı azarkeşlərə verdiyi qalmaqallı qərarla tanışdır. O, Avropa Liqasının qrup mərhələsinin sonuncu turunun “Qarabağ” - “İnter” matçının 90+4-cü dəqiqəsində Ağdam klubunun təmiz qolunu qeydə almamışdı. Nəticədə oyun 0:0 hesabı ilə yekunlaşmış, “Qarabağ” isə bu kobud hakim səhvinə görə qrupu üçüncü yerdə başa vurmuş və pley-off mərhələsinə yüksələ bilməmişdi.

“Dalğa Arena”da keçiriləcək Azərbaycan - Estoniya matçı saat 20:00-da başlayacaq.

AzVision.az



Teqlər: Hakim  





Xəbər lenti