Qadın qətlə yetirilib, 8 aylıq qızı xəsarət alıb

 Qadın qətlə yetirilib,    8 aylıq qızı xəsarət alıb
  20 İyun 2023    Oxunub:1382
İyunun 20-də saat 19 radələrində Abşeron rayonu Qobu qəsəbəsində 2003-cü il təvəllüdlü Hüseyinli Leyla Əlişan qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi və 8 aylıq qızının da xəsarət alması ilə bağlı barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1993-cü il təvəllüdlü Hüseyinli Fərid Firdövsü oğlu daha sonra kəsici alətlə özünə xəsarət yetirib.

8 aylıq körpə və atası xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti