Tovuzda yeniyetmə gölməçədə boğulub

Tovuzda yeniyetmə gölməçədə boğulub
  25 İyun 2023    Oxunub:853
Tovuzda 14 yaşlı yeniyetmə gölməçədə boğulub.
AzVision.az xəbər verir ki, hadisə iyunun 24-də rayonun Əyyublu kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 2009-cu il təvəllüdlü Nihat Məmmədov kəndin ərazisində sel nəticəsində yaranmış gölməçədə çimərkən boğularaq ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti