UNESCO rəsmisi: "Azərbaycanın idman sahəsində yüksək imkanları var"

      UNESCO rəsmisi:    "Azərbaycanın idman sahəsində yüksək imkanları var"
  26 İyun 2023    Oxunub:1125
MİNEPS VII konfransı qlobal idman tədbiridir. Biz Azərbaycanla artıq bir neçə müddətdir işləyirik.
Bunu jurnalistlərə açıqlamasında MİNEPS VII konfransında iştirak etmək üçün Bakıda olan UNESCO Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos deyib.

Q. Ramos qeyd edib ki, bütün dünya üzrə idmanın həm sosial-humanitar, həm də iqtisadi baxımından bərabərləşdirilməsi vacibdir.

“Biz "Həyat üçün idman" adlı alyans təşkil etmişik. Alyansın əsas məqsədi idmanın bütün dünyada eyni şəkildə paylanmasının və əlçatan olmasının təmin edilməsidir.

Azərbaycanın idman sahəsindəki imkanları yüksək səviyyədədir. Biz də bu imkanlar sayəsində idmanı bütün dünyada bərabər şəkildə bölünməsinə nail ola bilərik", - deyə o qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti