Bu barədə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Regional Mərkəzi məlumat yayıb. Hadisə Lerik-Lənkəran yolunun 23-cü kilometrliyində yerləşən istirahət mərkəzlərinin birinin ərazisində baş verib. Qaradağ rayonunun Səngəçal qəsəbəsi sakini 1968-ci il təvəllüdlü Hacıyev Fizuli Seyfulla oğlu gəzinti zamanı ehtiyatsızlıqdan 80 metr hündürlükdən dərəyə yıxılaraq həlak olub.
Hadisənin səbəbləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
AzVision.az