Daşkəsəndə 23 yaşlı oğlanı sel aparıb - FOTO

Daşkəsəndə 23 yaşlı oğlanı sel aparıb -    FOTO
  29 İyun 2023    Oxunub:1453
Bu gün axşam saatlarında Daşkəsənə yağan güclü leysan yağışları nəticəsində rayonun Təzəkənd sakini 2000-ci il təvəllüdlü Elgün Orucovu Əyri çaydan keçən sel aparıb.
Rayon icra hakimiyyətindən AzVision.az -a verilən məlumata görə, Qabaqtəpə kəndinin ərazisində Ərazi Mülki Müdafiə Qüvvələri tərəfindən cansız bədəni tapılan Elgün Orucov ailəsinə təhvil verilib.

Hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.



AzVision.az


Teqlər:





Xəbər lenti