Dövlətə xəyanətdə ittiham olunan 2 nəfər həbs edildi

     Dövlətə xəyanətdə ittiham olunan 2 nəfər həbs edildi
  03 İyul 2023    Oxunub:1302
Azərbaycanda dövlətə xəyanətdə ittiham edilən daha iki nəfər tutulub.
Azərbaycan vətəndaşları Əliyeva Fidan Teymur qızı və Abbasov Tərlan Mirbəşir oğlu dövlətə xəyanət etməkdə təqsirləndirilir.

Onların hər ikisinə Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə ittiham verilib. Lakin onlara verilən ittihamın mahiyyəti açıqlanmayıb.

Hər iki şəxs barəsində cinayət işinin istintaqı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən başa çatdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Fidan Əliyevanın cinayət işinə hakim Eldar İsmayılov, Tərlan Abbasovun işinə isə hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baxılacaq.(APA)

AzVision.az


Teqlər:





Xəbər lenti