Bu il ağackəsmə ilə bağlı 65 cinayət işi başlanıb

Bu il ağackəsmə ilə bağlı 65 cinayət işi başlanıb
  07 İyul 2023    Oxunub:979
"Bu ilin birinci yarımilliyində qanunsuz ağackəsmə ilə bağlı Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən 108 məlumata baxılıb, 65 cinayət işi başlanıb, 11-i üzrə araşdırma davam edir, digəriləri üzrə isə müvafiq qərarlar qəbul edilib".
Bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev "Ekologiyanın mühafizəsi" adlı keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi fəaliyyəti dövründə 274 cinayət işi başlanaraq istintaq edilməsi üçün aidiyyəti istintaq orqanlarına göndərilib.

AzVision.az


Teqlər:





Xəbər lenti