Van der Sarın beyninə qan sızdı

   Van der Sarın beyninə qan sızdı
  07 İyul 2023    Oxunub:1382
Edvin Van der Sar beyninə qan sızması səbəbindən xəstəxanaya yerləşdirilib.
AzVision.az "Ayaks"ın "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, qanaxma bu gün səhər saatlarında baş verib.

“Ayaks”, “Mançester Yunayted ” və Niderland millisinin keçmiş qapıçısı hazırda reanimasiya şöbəsindədir. Van der Sarın vəziyyətinin stabil olduğu bildirilir.

Van der Sar mayın sonunda "Ayaks"ın baş direktoru vəzifəsini tərk edib.

AzVision.az


Teqlər: VanderSar  





Xəbər lenti