Meyiti aşkarlanan şəxsin qətlə yetirildiyi müəyyən edilib
Prokurorluq və polis əməkdaşlarının hadisə aşkar olunduqdan sonra "isti izlər" əsasında keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində zərərçəkmişin iyunun 25-i saat 01 radələrində 1988-ci il təvəllüdlü Anar Cəfərov tərəfindən aralarında yaranan mübahisə zamanı qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Anar Cəfərov cinayət işi üzrə şübhəli şəxs qismində tutulub. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.
AzVision.az
Teqlər: