PSJ-nin atdan yıxılan qapıçısı karyerasını bitirə bilər

   PSJ-nin atdan yıxılan qapıçısı karyerasını bitirə bilər
  09 İyul 2023    Oxunub:1471
PSJ-nin qapıçısı Serxio Riko karyerasını bitirə bilər.
AzVision.az "The Atletic"ə istinadən xəbər verir ki, buna səbəb 29 yaşlı ispaniyalı futbolçunun atdan yıxılaraq başından ciddi xəsarət almasıdır.

20 kq çəki itirən qolkiperin son günlərə qədər danışmadığı bildirilib.

Riko mayın 28-də atdan yıxılaraq ciddi zədə alıb. Ona beyin qanaması diaqnozu qoyulub. Qapıçı 19 gün komada olub, iyulun 4-də reanimasiyadan adi palataya köçürülüb.

AzVision.az


Teqlər: qapıçı  





Xəbər lenti