Arazda batan ata və oğulun meyitləri çıxarılıb - YENİLƏNİB

 Arazda batan ata və oğulun meyitləri çıxarılıb -  YENİLƏNİB
  11 İyul 2023    Oxunub:2129
İmişlidə Araz çayında batan 2018-ci il təvəllüdlü Rəvan Əliyevin də cəsədi sudan çıxarılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 5 yaşlı uşağın cəsədi 1 kilometr aralıda tapılıb.

Qeyd edək ki, hadisə bu gün saat 15 radələrində baş verib. Belə ki, İmişlinin Şahverdili kəndi ərazisindən keçən Araz çayında həmin kəndin sakinləri – Asif Əliyev və onun övladı Rəvan Əliyevin batması barədə FHN-in "112" qaynar telefon xəttinə məlumat daxil olub. Dərhal hadisə yerinə FHN-in dalğıcları cəlb edilib.

Sudan çıxarılan cəsədlər aidiyyəti üzrə təhvil verilib.
***
Araz çayında batan 2 nəfərdən birinin meyiti tapılıb.

Bu barədə AzVision.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, iyulun 11-də günorta saatlarında Araz çayının İmişli rayonu, Şahverdili kəndi ərazisindən keçən hissəsində batan 2 nəfərdən birinin meyiti FHN-in dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Digər şəxsin axtarışları davam etdirilir.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə İmişli rayonunun Şahverdili kəndi ərazisindən keçən Araz çayında biri uşaq olmaqla 2 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən AzVision.az -a verilən xəbərə görə, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

AzVision.az


Teqlər: Araz  





Xəbər lenti