Sərhəddə təxribat törədən Ermənistan hərbçisi yaralanıb

Sərhəddə təxribat törədən Ermənistan hərbçisi yaralanıb
  12 İyul 2023    Oxunub:1160
Ermənistan silahlı qüvvələrinin şərti dövlət sərhədində təxribat törədən zaman Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri nəticəsində erməni hərbçi yaralanıb.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Yaralı hərbçi hospitala yerləşdirilib.

Qeyd edək ki, iyulun 12-si saat 05:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinə atıcı silahlardan atəş açıblar. Azərbaycan Ordusunun bölmələri cavab tədbirləri görüb.

AzVision.az


Teqlər:





Xəbər lenti