İki alman iki ispana rəqib oldu

İki alman iki ispana rəqib oldu
  12 Aprel 2013    Oxunub:1717
Almaniya klubları İspaniya klublarına qarşı oynayacaq.
Bu gün Avroliqa ilə bərabər Çempionlar Liqasının da yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib. AzVision.az-ın məlumatına görə, püşkün nəticəsi yarımfinalda aşağıdakı cütlükləri biri-birinə rəqib etdi.

“Bavariya” (Almaniya) - "Barselona" (İspaniya)

“Borussiya” (Dortmund, Almaniya) - “Real” (İspaniya)

Xatırladaq ki, bu mövsüm Çempionlar Liqasının yarımfinalında qarşılaşacaq dörd güclü klublarından ikisi Almaniya, ikisi isə İspaniyanı təmsil edir. Çempionlar Liqasının yarımfinalında ilk görüşlər aprelin 23-24-ü, cavab oyunları isə aprelin 30-u və mayın 1-də keçiriləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti