Paytaxtda dövlətə vurulan 1 milyondan çox ziyan ödətdirilib

   Paytaxtda dövlətə vurulan 1 milyondan çox ziyan ödətdirilib
  15 İyul 2023    Oxunub:1036
Bu ilin I yarımilində Bakı şəhər prokurorluq orqanları tərəfindən hesabat dövründə 122 cinayət işinin ibtidai istintaqı tamamlanıb, onlardan 83 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilib.
AzVision.az xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğunda I yarımilə həsr olunan əməliyyat müşavirəsində bildirilib.

Qeyd olunub ki, paytaxt üzrə prokurorluq orqanları tərəfindən ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə dövlətə, fiziki və hüquqi şəxslərə vurulmuş 3 milyon 139 min 311 manat məbləğində maddi ziyanın 1 milyon 659 min 584 manatının və ya 52,9 %-nin ödənilməsi təmin olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti