FHN daha bir qəsdən yanğıntörətmə faktının üstünü açıb
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən xəbərə görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış ilkin araşdırma zamanı hadisənin qəsdən törədildiyi müəyyən olunub.
Belə ki, Xidmət tərəfindən həyata keçirilmiş zəruri tədbirlər nəticəsində hadisənin Anar Rafiq oğlu Şirinov tərəfindən törədildiyi müəyyən olunub və vətəndaş törətdiyi əməli etiraf edib. Faktla bağlı toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.
AzVision.az
Teqlər: