Dəniz sahilində kişi meyiti aşkarlanıb

Dəniz sahilində kişi meyiti aşkarlanıb
  22 İyul 2023    Oxunub:1144
Xəzər dənizinin Xaçmaz rayonu Niyazoba kənd sahillərində kişi meyiti aşkarlanıb .
Məlumata görə, araşdırmalar zamanı onun Xaçmaz şəhər sakini, 1982-ci il təvəllüdlü Ağayev Asif Balakişi oğlu olduğu müəyyənləşib.

Kənd sakinlərinin dediyinə görə, A.Ağayev ruhi-əsəb xəstəliyindən əziyyət çəkirmiş.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
AzVision.az


Teqlər:





Xəbər lenti