Keçmiş idarə müdiri avtomobillə qəza törədib, bir nəfər ölüb
Qəza nəticəsində, Babək rayon Cəhri kənd sakini Mərhəmət Məhəmməd oğlu Fərzəliyev ölüb. Oğlu beş yaşlı Məhəmməd Mərhəmət oğlu Fərzəliyev isə Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
Məlumata görə, qəzanı törədən bir vaxtlar Naxçıvan Şəhər Tikinti, Təmir və Abadlaşdırma İdarəsinin müdiri olmuş Xaləddin Rüstəmovdur.
Faktla bağlı araşdırma aparılır. (APA)
AzVision.az
Teqlər: