DİN çimərliklərdə xidmətə əlavə canlı qüvvə çıxardı

DİN çimərliklərdə xidmətə əlavə canlı qüvvə çıxardı
  23 İyul 2023    Oxunub:1799
Hava şəraiti ilə əlaqədar əhalinin çimərliklərə, istirahət zonalarına kütləvi hərəkəti nəzərə alınaraq, Daxili İşlər Nazirliyi (DİN) tərəfindən polis əməkdaşlarının fasiləsiz xidməti təşkil edilib.
Bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

İctimai qaydanın və ictimai təhlükəsizliyin təminatı məqsədilə xidmətə əlavə canlı qüvvə və xidməti avtomobillər çıxarılıb.

Respublikanın bütün turizm zonalarına - çimərliklərə və digər istiqamətlər üzrə hərəkətin fasiləsizliyi təmin olunmaqla naryad qrupları təhkim olunub. Köməyə ehtiyacı olan şəxslərə çağırışlar üzrə operativ köməkliklər göstərilib, müvafiq dövlət qurumları ilə əlaqəli fəaliyyət icra edilib.

Hazırda xidmət davam etdirilir.

AzVision.az



Teqlər: Polis  





Xəbər lenti