Marixuana DNT quruluşunu dəyişdirir

 Marixuana DNT quruluşunu dəyişdirir
  26 İyul 2023    Oxunub:1555
Narkotik maddələrin istifadənin insan sağlamlığına istər fiziki, istərsə də psixoloji zərər vurduğu artıq məlumdur. Ancaq son araşdırmalar göstərir ki, narkotik maddələr insanın nəinki özünə, onun dünyaya gələcək övladlarına da zərər vurmağa qadirdir.
“Northwestern Medicine” qurumunun ən son araşdırmalarına görə, marixuanadan uzunmüddətli istifadə edildiyi halda insanın DNT quruluşu zədələnir. Dəyişikliyə uğramış yeni DNT dünyaya gələcək körpənin genetik mirası sayılır.

Araşdırmaçılar 900 yeniyetmədən götürdükləri qan nümunəsinin təhlili zamanı bu qənaətə gəliblər. Tədqiqatın iştirakçılarından Dryu Nannini, həmçinin bu yeniyetmələrin digər yaşıdlarına nisbətən daha yüksək qan xərçəngi riski daşıdıqlarını müəyyən edib.

Ən son statistik məlumatlara görə, hazırda ABŞ-da əhalinin təxminən 48 milyon nümayəndəsi uzunmüddətli marixuana istifadəsindən əziyyət çəkir ki, bu da ümumilikdə əhalinin 18 faizini təşkil edir.

AzVision.az


Teqlər:





Xəbər lenti