Məmurun döyülməsi xəbəri yalan çıxdı

   Məmurun döyülməsi xəbəri yalan çıxdı
  28 İyul 2023    Oxunub:1142
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Mingəçevir şəhərində yerləşən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sabiq rəisi Tofiq Əsgərovun 2023-cü il aprelin 1-də döyülməsi barədə məlumat yayılandan sonra o tutduğu vəzifədən azad edilmişdi.
Həmin məlumata reaksiya verən Daxili İşlər Nazirliyi (DİN) hadisənin araşdırılacağını qeyd etmişdi.

DİN-in bu məsələ ilə bağlı yenicag.az-ın sorğusuna verdiyi cavabda bildirilir ki, təyin edilmiş ekspertiza və aparılmış araşdırma nəticəsində Tofiq Əsgərovun guya döyülməsi barədə məlumat təsdiqini tapmayıb.

“Onun kənar şəxslər tərəfindən döyülməsi təsdiqini tapmadığından cinayət işinin başlanması barədə qərar rədd edilib”,- açıqlamada bildirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti