"Brazuka"nı pakistanlı qadınlar hazırlayırlar

"Brazuka"nı pakistanlı qadınlar hazırlayırlar
  04 İyun 2014    Oxunub:1100
Bu ay Braziliyada başlayacaq dünya çempionatının rəsmi topu "Brazuka" Pakistanda hazırlanır.
AzVision.az-ın eurosport.com-a istinadən verdiyi məlumata görə, Pakistanın Sialkot şəhərindəki "Forvard Sport" fabrikində qadınlar bu topları hazırlayırlar.

160 dollara satılan dünya çempionatının toplarını düzəldən işçilər isə ayda 100 dollar maaş alır.

Qeyd edək ki, "Brazuka" topunun hər biri 40 dəqiqəyə hazırlanır. Fabrikdə saatda maksimum 100 top hazırlamaq mümkündür.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti