Azərbaycan Universiadada ilk medalını qazanıb

Azərbaycan Universiadada    ilk medalını qazanıb
  29 İyul 2023    Oxunub:1042
Azərbaycan Çinin Çendu şəhərində keçirilən XXXI Yay Universiadasında ilk medalını qazanıb.
AzVision.az -ın məlumatına görə, 48 kq-da mübarizə aparan cüdoçu Leyla Əliyeva bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, Universiadada Azərbaycanı 20 ali təhsil müəssisəsindən 18-27 yaş aralığında 87 atlet 16 idman növündə təmsil edir.

Avqustun 8-dək davam edəcək yarışda 113 ölkədən 6 500 tələbə idmanın 18 növü üzrə 269 medal dəsti uğrunda mübarizə aparacaq. Yarışların təşkili üçün 49 arena ayrılıb.

AzVision.az



Teqlər: Medal  





Xəbər lenti