Atasını öldürərək qaçan oğul saxlanıldı

Atasını öldürərək qaçan oğul saxlanıldı
  01 Avqust 2023    Oxunub:978
Astarada atasını öldürməkdə şübhəli bilinən və qaçan oğlu saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Xəbərə görə, rayonun Çürkəş kəndində evlərin birində 1952-ci il təvəllüdlü Qubad Cümşüd oğlu Əliyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən onun oğlu, 1977-ci il təvəllüdlü Rəşad hadisə yerindən uzaqlaşsa, yeri müəyyən olunub və saxlanılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti