20 yaşlı oğlan su anbarında batıb

20 yaşlı oğlan su anbarında batıb
  01 Avqust 2023    Oxunub:1069
Ağsu rayonunda 20 yaşlı oğlan su anbarında batıb.
AzVision.az xəbər verir ki, hadisə Cavanşir su anbarında baş verib.

Belə ki, rayonun Navahı kənd sakini, 2003-cü il təvəllüdlü Qənbər Niyaməddin oğlu Əliyev suda boğulub. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Ağsu rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti