Ağacları kəsən şəxslər saxlanılıb

Ağacları kəsən şəxslər saxlanılıb
  05 Avqust 2023    Oxunub:1151
Zərdab rayonunda ağacları kəsərək təbiətə ziyan vuran şəxslər saxlanılıb.
Bu barədə AzVision.az -a DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Siləyli və Yuxarı Seyidlər kəndləri arasında yerləşən torpaq sahəsində qanunsuz olaraq ağac kəsməkdə şübhəli bilinən Bıçaqçı kənd sakinləri Şəmistan Rəsulov və Ramiz Mirzəyev saxlanılıblar. Aparılan tədbirlərlə məlum olub ki, həmin şəxslər qeyd edilən ərazidə 6 ədəd yaş gövdəli qovaq ağacını kəsərək təbiətə 10 min manatdan çox ziyan vurublar.

Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

AzVision.az



Teqlər: Ağac  





Xəbər lenti