“Qarabağ”ın mümkün rəqibləri müəyyənləşib

“Qarabağ”ın mümkün rəqibləri müəyyənləşib
  07 Avqust 2023    Oxunub:1283
“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki mümkün rəqibləri müəyyənləşib.
UEFA Avropa Liqasında “Qarabağ”-HİK (Finlandiya) cütünün məğlubu mübarizəni qitənin üçüncü dərəcəli turnirdə davam etdirəcək. Bu cütün potensial rəqiblərindən ikisi Avropa Liqasında üçüncü raundun məğlubu, üçü isə Konfrans Liqasında üçüncü təsnifat mərhələsinin qalibi olacaq.

“Qarabağ” – HİK cütünün Konfrans Liqasında mümkün rəqibləri:

“Valmiera” (Litva) - “Partizani” (Albaniya) cütünün qalibi.

“Farul” (Rumıniya) - “Flora” (Estoniya) cütünün qalibi.

“Struqa” (Şimali Makedoniya) – “Svift” (Lüksemburq) cütünün qalibi.

Avropa Liqasında “Zrinski” (Bosniya və Herseqovina) - “Breydablik” (İslandiya) cütünün məğlubu.

Avropa Liqasında “Astana” (Qazaxıstan) - “Ludoqorets” (Bolqarıstan) cütünün məğlubu.

Qeyd edək ki, bu gün keçiriləcək Konfrans Liqasının püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti