Bakıda “EcoTech 2023” sərgisi keçiriləcək: Gənclər qoşula bilər
EcoTech nədir?
EcoTech 2023 layihəsinin Bakıda keçirələcək sərgisinə siz də qoşula bilərsiniz. Yaşı 14-18 arasında olan 3-5 nəfərdən ibarət komanda quraraq davamlılıq və ya texnologiya mövzusuna diqqət yetirən proyekt hazırlayın. İngilis dili biliyi tələblərinə cavab verdiyinizdən əmin olaraq, layihə variantını ərizə forması vasitəsilə təqdim edin. Müraciətlərin son tarixi isə 25 avqustdur. EcoTech layihəsinin bir üzvü olmaq üçün bu fürsəti qaçırmayın.
EcoTech Sərgisini fərqləndirən keyfiyyətlər nələrdir?
EcoTech sadəcə bir sərgi deyil. Layihə iştirak edən qrupları proyekt mentorları ilə əlaqələndirərək, onların öz proyektləri üçün qiymət almalarına şərait yaradır. Proyekt Mentorları isə dünyanın ən prestijli universitetlərindən seçilmiş tələbələrdir. Onlar MIT, Cornell, Purdue, Nyu York, Miami, və İmperial Kolej London kimi universitetlərdə təhsillərinə davam edirlər.
Bundan əlavə, ekoloji davamlılıq və texnologiya mövzularında mütəxəssis olan qonaq məruzəçilər və münsif heyəti də layihəyə qatılacaq. EcoTech Sərgisinin sosial səhifələrindən proyekt mentorları və qonaq məruzəçilər barədə ətraflı məlumatı tezliklə əldə edə biləcəksiniz.
EcoTech Bakı layihəsinin ilk sərgisi 2023-cü ilin 9 və 10 sentyrabr tarixlərində “Landmark Hotel”də baş tutacaq. Məkan gənc iştirakçıların innovativ fikirləri nəticəsində sizləri sanki davamlılıq və texnoloji möcüzələr dünyasına aparacaq.
Bu layihənin həmtəsisçiləri - Aysu Sultanlı və Tamilla Zeynalova inanırlar ki, EcoTech sərgisi gənc həvəskarlara öz maraqlandıqları sahəni araşdırmağa şərait yaradacaq. Onlar dünyəvi problemləri həll etmək üçün kreativ ideyalarını, araşdırma nəticələrini və heyrətamiz proyektlərini təqdim edəcəklər.
“Baku EcoTech Sərgisi 2023”ə qoşulmağın gənc iştirakçılar, münsif heyətləri və dəvət olunmuş mütəxəssis məruzəçilər üçün müsbət təsirləri var. İlk olaraq, gənc tədqiqatçıların innovativ ideyaları və yorulmaz səyləri tanınmağa layiqdir. Onlar sənaye mütəxəssisləri və ekspertlərlə tanış olacaq, uğura doğru yollarını formalaşdıra biləcəklər. Sərgi həm də maraqlı şəxslərin ekoloji problemləri və texnologiyanın inkişafının müzakirə edə bilməsi üçün bir fürsətdir. Kollektiv iş görmək imkanları çoxalacaq. Seminarlarda iştirak edən, maarifləndirici təqdimatları mənimsəyən gənclər “EcoTech” Sərgisindən sonra da belə yeni ideyalar üzərində işləmək üçün can atacaqlar.
Baku EcoTech Sərgisi sadəcə bir tədbir deyil; bu, şəxsi inkişafa aparan bir yoldur. İştirakçıların təqdimat, tədqiqat və layihə idarəetmə bacarıqlarınızı inkişaf etdirmələri üçün bir fürsətdir. Məlumatların toplanması və sənədləşdirilməsi, tədqiqat nəticələrinin effektiv şəkildə izah edilməsi və buna bənzər bacarıqlara sahib olmaq gəncləri gələcəyin uğurlu şəxslərindən edəcək.
Yaradıcılığını nümayiş etdirməyə, davamlı gələcəyə töhfə verməyə hazır olan gənclər avqustun 25-nə qədər müraciət edə bilərlər. Daha ətraflı məlumat üçün:
Sayt: https://ecotechbaku.com
E-poçt: [email protected]
İnstaqram səhifəsi: @ecotechbaku
Teqlər: EcoTech2023